Xalq şairi Fikrət Qocanın şeirləri əsasında ədəbi-bədii kompozisiya keçirilib

Fabula.az

xalq-shairi-fikret-qocanin-sheirleri-esasinda-edebi-bedii-kompozisiya-kecirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Xalq şairi Fikrət Qocanın əsərləri əsasında hazırlanmış "Sonra da deyirik ki..." adlı ədəbi-bədii kompozisiya keçirilib.  
Universitetin "Səhnə danışığı" kafedrası tərəfindən hazırlanan kompozisiya Əməkdar artist, dosent Ağalar Bayramov və tələbələrin bədii qiraət təqdimatında baş tutub. Kompozisiyasının ssenari müəllifi və rejissoru Əməkdar artist, dosent Mahirə Yaqubovadır. 

Tədbirdə ADMİU-nun rektoru Ceyran Mahmudova, Xalq şairi Fikrət Qoca, tanınmış mədəniyyət xadimləri, ziyalılar, universitetin müəllim və tələbə kollektivi və media nümayəndələri iştirak ediblər. Tədbirdə Xalq şairinin həyat və yaradıcılığının əks etdirildiyi videoçarx nümayiş olunub. 

Fikrət Qocanın müxtəlif şeirlərini müəllimləri Ağalar Bayramovla birgə universitetin tələbələri səsləndiriblər. Tədbir boyunca şairin "Oğul istəyir", "Risk", "Qorxuram", "Ərkəc" və s. şeirləri səsləndirilib, şairin sözlərinə yazılmış mahnılar ifa olunub. 

Sonda çıxış edən Xalq şairi Fikrət Qoca onun yaradıcılığına müraciət etdikləri üçün universitet rəhbərliyinə, "Səhnə danışığı" kafedrasının kollektivinə, tədbirdə əməyi olan hər kəsə öz təşəkkürünü bildirib. 

Hazırladı: Nicat Əliyev 

0