Virciniya Vulfdan həyat yoldaşı Lenard Vulfa, Mart 1942

Fabula.az

virciniya-vulfdan-heyat-yoldashi-lenard-vulfa-mart-1942

Söhbət bu məktubdan gedəndə “ayrılıq” sözü bir qədər fərqli mənaya çevrilir. Çünki bu məktubu Virciniya Vulf intahar eləməmişdən əvvəl yazır.  Bu məktubdan sonra Vircinya həyat yoldaşı ilə ayrılmaqla yanaşı, özündən və dəliliyindən də ayrılır.

Canım,
Təzədən dəli olduğumu hiss edə bilirəm. Həmçinin bu çətin mərhələni keçə bilməyəcəyimi də. Bu dəfə sağalmayacam. Səslər eşidirəm və bu, işlərimə çox mane olur. Buna görə də ən uyğun şeyi edəcəm. Sən mənə çox böyük xoşbəxtliklər yaşatdın. Hər cəhətdən. Bu xəstəlik xirtəyimdən yapışanadək iki nəfərin dada biləcəyi hər şeyi daddıq.  Daha mübarizə aparmağa gücüm qalmayıb. Həyatını məhv edirəm, bilirəm. Ancaq mənsiz də həyat davam edəcək. Həyata davam edəcəyini bilirəm. Görürsən də, bu məktubu belə düz-əməlli yaza bilmirəm. Oxuya bilmirəm.
Demək istəyirəm ki, həyatımdakı bütün xoşbəxtlikləri sənə borcluyam. Məni həmişə dəstəkləmisən. Mənə çox yaxşı davranmısan. Bunu, onsuz, hamı bilir. Əgər həyatımı bir nəfər xilas eləsəydi, şübhəsiz ki, o, sən olardın. Mən hər şeyimi itirmişəm. Bircə sənin mənimçün elədiyin yaxşılıqlardır mənimlə. Həyatımı daha da cəhənnəmə çevirə bilmərəm. İnanmıram ki, həyatda kimsə bizim kimi xoşbəxt yaşaşıb.
V.

Tərcümə etdi: Fəhmin Mirzə

0




daha çox