Məni qoyub gedən gündən

İlqaroğlu

meni-qoyub-geden-gunden

Məni qoyub gedən gündən

Gündüzlərim gecə tək

Səssizdir, sakitlikdir.

Məni qoyub gedən gündən

Gecələrim tənha, tək

Ürək çilik-çilikdir.

Məni qoyub gedən gündən

Bahar dönüb payıza

Açmayır tər çiçəklər.

Məni qoyub gedən gündən

Yaşıl rəng dönüb boza,

Saralıb al ləçəklər .

Məni qoyub gedən gündən

Gündüzlər uzanmayır,

Gecələr qısalmayır,

Məni qoyub gedən gündən

Gözüm ayıb qanmayır.

Hər bucaqda ağlayır.

Məni qoyub gedən gündən

Özümə yad olmuşam,

Başım çıxmır özümdən.

Məni qoyub gedən gündən

Saralmışam solmuşam,

Tez gəl çox gecikmədən.

 

İlqaroğlu

0