Azərbaycan dilində “Audiokitab"lar dünyaya yayımlanıb

Fabula.az

azerbaycan-dilinde-audiokitab-quot-lar-dunyaya-yayimlanib

Kitabsevərlərə müjdə. Azərbaycan dilində ədəbi-bədii əsərlərin audio qiraət variantı internet üzərindən dünyaya yayımlanıb. Artıq “Azərbaycan klassik ədəbiyyatı, dastanlarımız, nağıllarımız, ümumiyyətlə, şifahi xalq ədəbiyyatının bir çox nümunələrinin “Audiokitab” versiyasını dünyanın istənilən yerindən dinləyə bilərsiniz. Bunun üçün "App Store" və "Google Play"dən audiokitab apilikasiyasını yükləməniz kifayətdir. Bu, həm də görmə qabiliyyəti olmayan insanların cəmiyyətdən təcrid olunmaması üçün atılan ciddi addımlardan biridir. Artıq  “Audiokitab” vasitəsi ilə onlar da ədəbiyyatımızla, tariximizlə yaxından tanış ola bilərlər.

Son dövrlər internet resurslarının yaratdığı şərait bir sıra sahələrin meydana çıxaraq inkişaf etməsinə imkan yaradıb. Bu gün müxtəlif internet şəbəkələrində Azərbaycan və dünya ədəbiyyatına aid səsli örnəklər yerləşdirilir. Əvvəllər bu, müxtəlif radiolar tərəfindən həyata keçirilirdi. Hazırda isə şirkətlərdə səsli ədəbiyyat, daha dəqiq desək, audiokitab layihələri gerçəkləşdirilir...

0