Yazıçı-romanistlər üçün Conatan Franzendən 10 qayda

Fabula.az

yazici-romanistler-ucun-conatan-franzenden-10-qayda

Səkkizinci bənd bizi məyus edir.

1. Oxucu, dostunuzdur. Nə düşmən, nə də tamaşaçıdır, o, dostdur. 

2. Müəllifin şəxsi qorxu və sirlərinə söykənməyən hər bir bədii əsəsr başqa deyil, ancaq və ancaq pula layiqdir.  

3. “Sonra” sözündən bağlayıcı kimi istifadə etməyin, bunun üçün bizdə “və” var. “Sonra” sözündən bağlayıcı kimi istifadə etmək cümləyə atalət və ahəngsizlik verir. Bu, “və” bağlayıcısından istifadəni azaltmaq üçün üçün həll yolu deyil.  

4. İçinizdəki məxsusi səsin öz bildiyini sizə diktə edənədək üçüncü şəxsdə yazın.

5. İnformasiya hamıya açıq olduğuna və rahat əldə edildiyinə görə roman üçün aparılan fundamental tədqiqatlar öz dəyərini itirir. 

6. Avtobioqrafik əsər fantaziya tələb edir. Hələlik indiyədək “Çevrilmə”dən daha avtobioqrafik avtobioqadiya yazılmayıb.

7. Bir şeyi dərk etmək harasa tələsməklə deyil, daha çox sükunətlə mümkündür.

8. Şübhəli haldır ki, hər iş yerində interneti olan yaxşı əsər yazır.

9. Maraqlı feillər çox nadir hallarda maraq doğurur.

10. Amansız olmadan əvvəl sevgi ilə tanış olmalısınız.

Hazırladı: Mustafa Ruşan

0