Mikelancelonun bazarlıq siyahısı

Fabula.az

mikelancelonun-bazarliq-siyahisi

Düzdür, bəlkə də, bu adi siyahı ola bilər. Ancaq incəsənət tarixini formalaşdıran bir dahinin həyatına qısa da olsa, baxmamıza şərait yaradır.

Bruno Nardini Mikelancelo: bir dahinin həyatı əsərində dahi heykəltəraşı belə təsvir edir: 26 yaşında Davud heykəlini ucaldan, 37 yaşında Sikstin kapellası tavanını çəkən böyük sənətkar.  

1515 cil ildə Papa X Leo Mikelancelonu Florensiyaya göndərir. Burada o, San-Lorenso kilsəsində məşhur Mediçilərin sərdabəsini (1520-1534) ərsəyə gətirir. Bunu da deyək ki, Mediçilərin sərdabəsi tikildiyi vaxtda həyata münasibəti bədbinləşmişdi. Florensiya və Pietrasanta arasında gedib gəldiyi bir vaxta aid, daha dəqiq desək, 18 mart 1518-ci ilə aid bir məktubun içində Mikelancelonun bazarlıq siyahısı da var idi. İndi həmin siyahını təqdim edirik...

“iki ədəd çörək

Bir butulka şərab

Bir dənə siyənək balığı

Tortellini

.....

Salat

Dörd çörək

Bir qrafin tünd şərab

¼ quru şərab

Bir boşqab ispanaq

Dörd ədəd ançous

Tortellini

.......

Altı çörək

İki şüyüd şorbası

Bir siyənək balığı

Bir qrafin tünd şərab

 

Shaun Usher, Lists of Note.

Tərcümə etdi: Fəhmin Mirzə

 

0