Əgər söz azadlığını əldən versək, demokratiya məğlub olacaq

Marqaret Etvud

eger-soz-azadligini-elden-versek-demokratiya-meglub-olacaq

Corc Oruellin “1984” romanında Daxili Partiyanın üzvü O’Brayen barmaqlarını göstərərək: “Bu neçədir?” – soruşur işgəncə verdiyi bəxtsiz Uinston Smitə. Doğru cavab nə “dörd”, nə də ”beş”dir. Doğru cavab O’Brayenin dediyidir. Yüz illərlə totalitaristlər, generallar və diktatorlar bu cür hərəkət ediblər. Həqiqət faktların göstərdiyi deyil, onların dediyidir. Əgər siz israrla bir cavabı vurğulayırsınızsa, ya sizi türməyə atırdılar, ya da boynunuzu vururdular. Əgər totalitaristlər hakimiyyətdədirsə, bu? Qaçınılmazdır, yox əgər planları hələ “cücərməyibsə”, sizi yalan xəbər yaymaqla ittiham edəcəklər.

Belə çıxır ki, biz yeni O’Brayenlərin əsrində yaşayırmışıq. Neçə dünyaya həqiqəti çatdırmağa çalışan jurnalistlər öldürülmüş, yarı qanuni məhkəmə ilə edam edilmiş, həbsxanalara atılmış ya da sürgünə göndərilmişdir? Nə vaxt biz onların hər birinə abidə ucaldayağıq?

Və niyə onlar belə dəyərlidirlər? Çünki bugünkü dünyanın qüdrətlilərini nəzarətdə saxlamağın yolu bizim adımıza, yaxud da bir başqa – vətən, qan, torpaq, tanrılar, xeyirxahlıq, monarxiya kimi mücərrəd məfhumlar adına hakimiyyətdə duranların (demokratik dövlətlərdə) nə ilə məşğul olduqlarını bilməkdir. Əgər cəmiyyət quldarlıq quruluşundan qurtulmaq, azad olmaq, geniş hüquqlu azad mətbuat istəyirsə, qalibin hər şeyi əldə etməyə qadir olduğuna inanan hakimiyyətpərəstlərdən özünü qorumağın yolu budur.   

Biz faktlara əsaslanan jurnalistikaya qarşı açılan müharibə dövründə yaşayırıq. ABŞ-da prezident jurnalistləri işə salmaq üçün qəsdən böhtan atdığını etiraf etdi. Onun məqsədi - vətəndaşları çaş-baş qoyub inamlarını sarsıtmaq və hər şeyə, hər kəsə qarşı şübhə oyatmaqdır. Dəyərlərin olmadığı bir ölkədə yüksək vəzifəli qanunpozanların və korrupsiyanın xalqı idarə etməsi asandır. Ölkəsini, əgər ölkədən də bir şey qalıbsa, satmağa qadir olana kimin etiraz etməyə gücü çatar?

Amerika Birləşmiş Ştatlarının dünyaya göndərdiyi siqnalları digər ölkə diktatorları qulaqardı elədilər “Zəhlətökən” jurnalistlərin siyasətçilərin həqiqi üzünü ortaya tökdükləri bir dövrdə hər şey baş verə bilər. Amma son vaxtlar jurnalist cinahında da tərpəniş var. “TIME” jurnalı zərər çəkən dörd jurnalist və bir xəbər təşkilatını "2018-ci ilin Personası" adını verib. Bunlardan birincisi, keçmişdə “Washington Post”-da işləyən Camal Xaşoqqidir. İkincisi, Filippində ölkənin prezidentinin “istədiyim hər kəsə atəş aç” siyasəti əleyhinə yazılar yazdığı üçün ittiham edilən və həbs edilməklə təhdid olunan Maria Ressa. Reuters üçün araşdırma aparan, Myanmarda Rohingya müsəlmanlarının qətlindən bəhs etdiklərinə görə həbs edilən Va Lon və Kiyau Soe Oo. Və cinayətkarın atəş nəticəsində beş adamı öldürdüyü Maryland, Annapolisdə "Capital" qəzeti. “TIME” məqalədə yazır: “10 dekabr tarixinədək 2018-ci ildə minimum əlli iki jurnalist öldürülmüşdür. Onlar dövrümüzün reallıqlarını dünyaya çatdırmaq üçün bütün dünya jurnalistlərinin mübarizəsini təmsil edirlər”.     

Yazıçılığı və yazıçıları susdurma cəhdləri yazıçıların qarşısında dayanan birinci əsas məsələdir. Totalitar rejimlər və onun tərəfdarları adətən ilk öncə yazıçı və incəsənət adamlarının “ovuna çıxırlar”. Bunun iki səbəbi var: birincisi, onlar nisbətən müdafiəsizdirlər, arxalarında böyük bir silahlı yazıçı ordusu yoxdur, ikincisi isə nə vaxt susmaq lazım gəldiyini bilmirlər. Mənim də belə bir xoşagəlməz vərdişim var, buna görə uzun müddətdir, yazıçı əməyinə senzura qoyma və onları azadlıq və həyatdan məhrum etmə cəhdlərini yaxından izləyirəm. 

Bu işdə 1970-ci illərdə, Argentinada hərbi xuntanın və Çilidə Pinoçet rejiminin hökm sürdüyü dövrdə aktiv iştirak etməyə başlamışam. O dövrdə böyük Çili şairi Pablo Neruda da daxil olmaqla, çox sayda jurnalist, yazıçı və rəssam öldürüldü. 80-ci illərdə quruluşunun ilk iki ilində rəhbərlik etdiyim PEN Kanada təşkilatının qurulmasına kömək eləmişəm. PEN Kanadanın öz əhatə dairəsini necə genişləndirdiyini, jurnalistləri və mətbuat azadlığını qoruma missiyasını necə yürütdüyünü yaxından izləmişəm.

Yazıçıların yazıda "x" hərfi ilə başlayan sözü söyləmə hüquqlarını müdafiə etdikləri günlər keçdi. Bu gün müstəqil jurnalistlik hüququnu problem sayanlar var. Demokratiya bu təhlükəli böhrana məhəl qoymur, amma əgər söz azadlığını əldən versək, demokratiya da məğlub olacaq.

www. lithub.com

Mustafa Ruşan

0