İlin sonuncu günü

Günel Rəcəb

ilin-sonuncu-gunu

Bilsən necə bəzədim

Şam ağacın bu axşam.

Arzuları yumaq edib

Asdım yaşıl ağacdan.

Pəncərəmdə küləklər şəhəri

Sıxıram soyuq qədəhi

Əlini sıxar kimi.

Baxıram şəhərin işıqlarına

Gözünə baxar kimi.

Gözümdə peşmanlıqlar

Növbəyə durublar.

Nə qədər cazibədar olsa da,

Şəhərin işıqları

Pəncərənin buz ruhu

Qədəhin soyuqluğu...

İlin sonuncu günü

Hər işıqda bir arzu var.

Hər arzu bir pəncərəyə qonar.

Aç pəncərəni...

Qonağın var...

2019

0