Mütaliə ömrü uzadır?!

Fabula.az

mutalie-omru-uzadir

Uşaqlıqdan bilirik ki, mütaliə çox faydalıdır, amma nəyə görəsə, bunun səbəbi az adamı maraqlandırır. Alimlər müəyyən ediblər ki, mütaliə beyinə müsbət təsir edir və bu vərdişi ona qazandırmaq üçün oxumaq lazımdır.

Atlanta şəhəri, Emori Universitetinin (Emory U.) nəzdindəki Neyropolitika Mərkəzinin alimləri beynin inkişafına səbəb olan müxtəlif stimullaşdırıcı maddələrin təsirini araşdırıblar. Onlar belə bir qənaətə gəliblər ki, beyni ən yaxşı inkişaf etdirən mütaliədir və dahi olmaq üçün oxumağı şərt qoşublar.

Beyin fəaliyyətini təkcə tapmacalarla deyil, faydalı yağlarla da (qoz-fındıq, təzə tərəvəz, qırmızı balıq) artırmaq mümkündür. Ancaq məlum olub ki, mütaliə daha güclü stimulantdır.

Alimlər sübuta yetiriblər ki, mütaliə neyronları aktivləşdirir və bu da bir qayda olaraq neyronlarası rabitələrin yaranmasına səbəb olur. Bu rabitələr isə öz aralarında şəbəkə qurub beyinə daxil olan informasiyanın ötürülməsi və işlənməsinə kömək edir. Bu zaman daha çox linqvistik qavrayışdan, linqvistik normadan, qrammatikadan, söz semantikasından (mənasını), mücərrəd qavrayış aparatından cavabdeh olan beyin qabığının sol gicgah nahiyəsi aktivləşir. Mütaliə zamanı beyin avtomatik olaraq dil, qrammatika və söz istifadə normalarını qavrayır.

Hansısa bir hadisə haqqında oxuyanda biz onu təsəvvürümüzə gətiririk, bu o deməkdir ki, mütaliə prosesində beyin onu təkrar canlandırmağa, gözünün qabağına gətirməyə öyrənir. Əlbəttə, heç kim epik bir dastan oxuduqdan sonra durub salto vura bilmir, amma beyin bundan xəbərsizdir. Mütaliə ilə insan böyük təcrübələr əldə edir və bu təcrübə sayəsində asanlıqla yeni problemlərə həll yolları tapır.

Alimlərin tədqiatları nəticəsində aydın olub ki, mütaliənin faydası oxunan ədəbiyyatdan çox asılıdır. Məlum olub ki, beynin fəaliyyəti ən çox bədii ədəbiyyatın mütaliəsi zamanı artır. Elmi və qeyri-bədii ədəbiyyat da yaxşı nəticələr göstərsələr də, bu ancaq zəngin biliyə malik olan və mürəkkəb informasiyaları sərbəst qəbul edə bilən insanlar üçün keçərlidir.

Amerikalı ekspertlər, həmçinin bildiriblər ki, kitabsevərlərin ömrü, kitab oxumayanlara nisbətən daha uzun olur.

Yel Universitetinin (Yale U.) alimləri 12 illik unikal bir təcrübə keçiriblər. Araşdırma nəticəsində müəyyənləşdirilib ki, stressi aradan qaldırmaq üçün gündəlik ən azı 200 dəqiqə kitab oxumaq lazımdır.

politeka.net

Hazırladı: Mustafa Ruşan

0