ABŞ-ın məşhur dərgisi Əkrəm Əylislidən yazıb

absh-in-meshhur-dergisi-ekrem-eylisliden-yazib

Amerikalı filoloq, professor Rayan Streder ABŞ-da nəşr olunan “Cleaver” ədəbiyyat dərgisində yazıçı Əkrəm Əylislinin nüfuzlu “Academies Press” nəşriyyatında ingilis dilində çapdan çıxan “Əlvida, Əylis” adlı  kitabı barədə geniş və əhatəli məqalə dərc etdirib.

Kulis.az contact.az-a istinadən xəbər verir ki, xanım Streder öz məqaləsində Əylislinin yaradıcılığını dünya ədəbiyyatı kontekstində araşdırır, onu Zoşşenko, Bulqakov, Soljenitsın, Markes və Yerofeyevlə müqayisə edir, görkəmli yazıçının kitabında yer alan əsərləri  Nobel mükafatı laureatlarının romanları ilə bir sırada dəyərləndirir; Endryu Vaxtelin, Mixail Məmmədovun, Şura Burtinin Ə.Əylisli haqqında yazdığı məqalələrdən söz açır.

Yazıçının verdiyi məlumata görə, onun bu kitabı haqqında ABŞ və İngiltərə mətbuatında bundan əvvəl də çox sayda məqalə dərc edilib, ABŞ-ın tanınmış ədəbi orqanlarında kitabdan parçalar verilib, paytaxt Vaşinqtonda kitabla bağlı  bir sıra mədəni tədbirlər keçirilib.

 

0