Elektron, yoxsa kağız kitablar? Son tədqiqat nəticələri...

Aleksandr Poqotov

elektron-yoxsa-kagiz-kitablar-son-tedqiqat-neticeleri

Norveç Stavanqer Universitetinin (University of Stavanger) tədqiqatçı-professor Anne Manqen (Anna Mangen) RİA Xəbərlərə verdiyi müsahibəsində elektron kitabların kağız kitablarını tamamən əvəz edə bilməyəcəyini bidlirərək “rəqəmsal nəslin” mütaliə vərdişləri haqqındakı əfsanələri puça çıxarıb.  

Mütaliə − bədənin təcrübəsi kimi

Elmi nöqteyi-nəzərdən mütaliə mürəkkəb bir prosesdir. Bu proses vizual informasiyanı qəbul edib beyinə göndərən görmə orqanlarının fəaliyyəti ilə baş verir. Ancaq Manqa mütaliənin həm də bütöv bədənə aid bir fəaliyyət olduğuna diqqət çəkir: oxunan mətnin qəbulu insanın əlində tutduğu – kitab və ya telefon − əşyadan, həmçinin bədənin vəziyyətindən, yəni insanın ayaqüstü, oturma, ya da yerimə vəziyyətində olmasından asılıdır.   

Manen qeyd edib ki: “Mətnin daşıyıcısı kimi kağızın dəyişməzliyi və daimiliyi, yəni mətnin olduğu yerdə qalması, itməməsi oxucunu konkret mətnə yönəldir və oxunanı qavramağa kömək edir. Kağız kitabların mütaliəsi zamanı baş verən proseslər − kitabın əldə tutulması, işarələrin qavranılması, səhifələrin çevrilməsi, mətnin hərəkətsiz olması – mətni qavramaqda koqnitiv[1] səyləri asanlaşdırır. Və bu amillər mürəkkəb mətnin mütaliəsində vacib rol oynayır”.        

O həmçin smartfon ekranlarında səhifə çevirməyin, əksinə, koqnitiv “yük” əmələ gətirdiyini söyləyib.   

Manqen qeyd edib ki, əgər oxucu böyük və mürəkkəb materialları mütaliə edirsə, yəni  diqqətini uzun müddət bir predmetin üstündə tutur və hadisələrin xronologiyasını izləyirsə, bu zaman mətni qavrama fərqi xüsusilə əhəmiyyət kəsb edir. Qısa bir səhifə və ya bir ekran tutan mətnlər onun daşıyıcısından (burada kitab və ya elektron cihazlar nəzərdə tutulub) asılı deyil.  

Manqen audio kitabların qavranılması haqqında nəticə çıxarmaq üçün hal-hazırda kifayət qədər araşdırma olmadığını söyləyib. Onun fikrincə, qavrama fəaliyyəti daha çox ədəbi janrdan asılı olacaqdır.

Alimin təxminlərinə görə, Dostoyevskini səsli formatda qavramaq çətin olacaq. Ancaq Manqen qeyd edir ki, bu fikri təsdiq edən nəticələr olmadığına görə, bunu əminliklə demək hələlik mümkün deyil.

Kağız kitablar – bəs sonra?

Manqen kağız kitablarının gələcəyi haqqında danışarkən onların tətbiq sahəsinin fərqləndirilməsinin vacib olduğunu bildirib.

 “Hal-hazırda ali təhsil sahəsindən, məsələn, ABŞ-da elektron kitablara maraq artıb. Bu, daha çox kağız kitablarının bahalılığı ilə izah edilir”.  

Bir sıra hallarda təhsil sahəsində multimedia materialları çap kitablarını üstələyir. Manqenin fikrincə, təhsil sahəsindəki tədqiqatçı və rəsmilər rəqəmsal formatla və ənənəvi kağız kitablar arasında düzgün balans qurmalıdırlar.

Bununla belə, o, kağız kitabların gələcəyi haqqında ümidlidir. “Statistika göstərir ki, “Kindle” kimi uzun mətnlər üçün hazırlanan elektron kitabların satışı hal-hazırda, demək olar ki, artmır”, – deyib.   

İnternet və rəqəmsal texnologiyanın icad edilməsindən sonra dünyaya gələn “rəqəmsal nəsil” haqqında yayılan əfsanələrə də etiraz edib:

 “Cavan nəslin gələcəkdə daha çox ekranlardan oxuyacaqlarını iddia etmək doğru deyil. Əslində, tədqiqatlar əksini göstərir. Ona görə də, narahat olmaya dəyməz, kağız kitablar yox olmayacaq.”

RİA Novosti (РИА Новости)

Tərcümə etdi: Mustafa Ruşan

 

[1] Koqnitiv − dərketmə və xarici informasiyaları məniməsmək qabiliyyəti.

0