Buker mükafatını omanlı yazıçı aldı

buker-mukafatini-omanli-yazici-aldi

Oman yazıçısı və müəllimi Coxa əl-Harti 2019-cu ilin Beynəlxalq Buker Mükafatına layiq görülüb. 

Parafraz-ın "İzvestiya"ya istinadən verdiyi məlumata görə, rəsmi mükafatlandırma mərasimi Londonun "Round House" konsert zalında baş tutub. 

Coxa əl-Hartini üç nəsil Oman ailəsindən bəhs edən “Səma cisimləri” ("Celestial Bodies") kitabına görə, bu mükafata layiq görülüb. Yazıçıya, həmçinin, 50 min funt-sterlinq pul mükafatı da verilib.

Bu il mükafata Almaniya, Çili, Fransa, Kolumbiya yazıçıları və ötən il Buker mükafatının qalibi olan Olqa Tokarçuk da namizəd idi. 

Buker mükafatı ilk dəfə Buker-Makkonnel tərəfindən 1968-ci ildən iki ildən bir təqdim olunmağa başlanılıb. Həmin vaxtdan 2002-ci ilə qədər onun mükafat fondu 21 min ingilis funt-sterlinqinə bərabər olub. 2002-ci ildə Men Qrup şirkəti mükafatın rəsmi sponsoru olduqdan sonra mükafat fondu 50 min ingilis funt-sterlinqinə qaldırılıb. 

İngilisə dilində yazılan və ya bu dilə tərcümə olunaraq Böyük Britaniyada nəşr etdirilən konkret romana, hekayələr toplusuna görə təqdim olunan mükafat 2016-cı ildən hər il verilir. 

Zeynəb ƏKBƏR

/Parafraz.az/

0