Teatr və “o”

Aygün Qasımova

teatr-ve-o

Onun sonuncu dəfə səhnədə çıxış etdiyi tamaşaya mənim də şahdilik etməyim mənə olduqca böyük sevinc yaşatdı. Tarixi çıxışa mən də seyirci oldum… Bəs həmin vaxt bunun fərqinə vardımmı?! Təbii ki, xeyr. Çünki həmin vaxt o anın zövqün yaşayırdım.
19 dekabr 2017-ci il… Bu tarixi səbrsizliklə gözləyirdim. Həmin gün “Əsa” teatrının “Adamlar və Siçanlar” tamaşasının premyerası baş tutacaqdı. Tamaşanın mövzusu barədə hələ vaxt məlum olmamışdan əvvəl Orxan mənə eyni əsərin filmini məsləhət görmüşdü. Filmi izləyərkən necə təsirlənmişdimsə, düşündüm tamaşa daha da dərin hisslər yaradacaq məndə. Elə də oldu.
Ceyranla (rəfiqə sözünü sevmirəm) Opera və Balet teatrının yerləşdiyi yerə tələsirdik. Keçən dəfəki kimi gecikməyək deyə bu dəfə biraz tez çıxmışdıq. Nəsə ki, tamaşa başlamamış gedib çıxdıq. Mərkəzi loja sağ. Bizi rəsmi geyimdə incə bir xanım yerimizə qədər müşayət etdi. Demək olar ki, bizim sırada hələ elə də çox adam gəlməmişdi. Fürsətdən istifadə edən xanım ayaqqabılarını çıxarıb yenicə istirahət edirdi ki, artıq tamaşaçılar gəlməyə başladı. Və xanım gülərüzlə onları yerləşdirdi. Biz isə yerimzdə oturub tamaşanın başlamasını gözləyirdik. Mənim fikrim isə səhnənin arxasında idi. Görəsən hazırda orda nə baş verir? Orxan nə edir indi? Necə olacaq? və s. Artıq zal dolmağa başlayırdı. Bizim yanımıza isə gənc xanımla sevgilisi əyləşdi. Çatan dəqiqədən selfielər, dodaq büzən şəkillər bir birini əvəz etdi. ) Nəsə tamaşa başladı, işıqlar yenicə sönmüşdü ki, bizim gənc aşiqlər fəaliyyətə başladılar ) Başa düşürəm bir birinizi sevə bilərsiz, hətta bəzi hisslər də həmin an baş verə bilər amma teatr məncə doğru seçim deyil. Qızın əlini başdan-ayağa öpməyə başlayan gənc oğlan mənə Tom & Jerry-dəki Tomun ağ rəngli qız pişiyin əlini öpdüyü səhnəni xatırlatırdı.)) Nəsə bacardıqca bunlara fikir veməməyə çalışırdım. Amma istər istəməz arada fikrimi yayındırırdılar.
Nəsə gələk tamaşaya. Səbrsizliklə “O”nun çıxışını gözləyirdim. Pərdələr açıldı, gözəl musiqi bütün zalı əhatə etdi. Və “O” artıq səhnədə idi. Təəssüf ki, səsini duymaqda bir balaca çətinlik olsa da bütün qəlbimlə dinlədiyimdən istifadə etdiyi hər söz mənə sanki aydın şəkildə gəlib çatırdı. Hətta işlətdiyi bəzi fikirlər isəə… Sadəcə qürur hissi keçirirdim onu tanıdığıma görə. Filmdə də təsirləndiyim səhnələrdən biri Kandinin itinin vurulması idi və o Kandi Orxan olarsa onun orda üzgün dayanmağı məni olduqca təsirləndirdi… Bu arada səhnələr dəyişdikcə yaranan qısa fasilələrdə yanımdaki aşiqlərə gözüm sataşdı və işi daha da səmimiləşdirdiklərinin fərqinə vardım. )) Sanki illərdir bu günü gözləyirlərmiş ) Və özlüyümdə fikirləşdim işdi nə vaxtsa çaşıb sevgilim filan olsa onunla teatra getməyəcəm)) Çünki imkanları olmadı baxsınlar nədən gedir söhbət )
Nəsə uzatmayım, aktyorların olduqca təbii və səmimi çıxışları mənə sözün həqiqi mənasında ləzzət etdi. Və tamaşa yekunlaşdı, pərdələr bağlanarkən sıradaki tamaşada Orxan Adıgözəlin olmayacağını heç kəs bilmirdi.
15 dəqiqədən sonra aktyorların foyedə olacağı xəbər edildi. Avtomatik ağlıma bu gədər insanın içində Orxanı görə biləcəyəmmi sualı gəldi. Artıq saat təxminən 21:45 olardı. Ceyrana dedim bir dəqiqə Orxanı görüm sonra çıxaq. Çünki yolumuz uzaq olduğundan evə gedib çatmaq söhbəti də var idi. Amma bunlar mənim üçün axırıncı planda idi. Və nəhayət onlar foyeyə gəldilər və o qədər tamaşaçının içindən düşündüm onu görə bilməyəcəm. Nəsə Ceyrana dedim eybi yox gedək. Amma ürəyimdə hələ də “O”nu görmək istəyi var idi. Axır ki, bir neçə saniyəlik də olsun onu görə bildim. Lakin o, yorğun görünürdü, bir tərəfdən də insanların şəkil çəkmək istəkləri hiss etdim artıq sıxılır. Bəlkə də mənə elə gəlmişdi. 2 saniyəlik görüşümüzdən sonra tələsik salondan çıxdıq.
Yolda Orxana mesajla tamaşa haqqında fikrilərimi bildirdim, o isə səsinin zəif gəlməsindən və çıxışından narazı fikrlər söyləyirdi. Amma mənim ona qarşı bəslədiyim heyranlıq duyğularımın heç bir təsiri olmadan, adi bir tamaşaçı kimi onun çıxışının nə qədər uğurlu olduğunu ona çatdırmaqda çətinlik çəkdim. Bəlkə də düşünür ona xoş olsun deyə elə deyirəm.
Daha sonra insanların tamaşa haqqında fikrlərini, təəssüratlarnı sosial şəbəkələrdən izləyərkən Orxanın statusunu gördüm və ilk öncə qərarı məni təəccübləndirsə də daha sonra verdiyi qərarın nə qədər doğru olduğunu fərq etdim. Artıq Orxan “Əsa” teatrında tutduğu direktor vəzifəsindən istefa etmişdi və teatrla əlaqəsini bitirmişdi. Onun atdığı hər addımın mütləq ki, bir məntiqli izahı var. Özlüyümdə düşünürəm əsl AZAD DÜŞÜNCƏ bax budur!
Hər dəfə qeyd etdiyim kimi, bir daha söyləmək istəyirəm “Cənab Adıgözəl səni tanıdığım üçün çox şanslıyam”

0