Matt Selincer: "Selincerin detektiv oxucuları yayınlanan nəşrlərdə yeni xəzinələr tapacaqlar."

Fabula.az

matt-selincer-quot-selincerin-detektiv-oxuculari-yayinlanan-neshrlerde-yeni-xezineler-tapacaqlar-quot

Selincerin oğlu Mett Selincer "Le Figaro" qəzetinə müsahibə verib. Fabula.az o müsahibəni təqdim edir.

Le Fiqaro: Hapworth 16, 1924." əsərindən sonra Selincer yenə də əsər yazdı?

Matt Selincer: Hə, yazdı. Atam yazıçı idi. Ona görə də həyatı boyunca yazdı. Görünür ki, nəşr edilmədən yazmağı insanları bir xeyli təəccübləndirib. O düşünürdü ki, nəşr prosesi yazıçının fikrini yayındırır. Atam çox xüsusi adam idi. Müsahibə verməməyinin səbəblərindən biri də məhz bu idi. Müsahibələrin yararlı olduğuna inanmırdı. Atamın deyərdi ki, yazılarımda onsuz hər şeyi demişəm, bir də müsahibəyə ehtiyac yoxdur. Bilmək olmaz, bəlkə də, o vaxtın tələbi idi.

Onun oxucularla əlaqəsi nə idi?

Onlar atam üçün müqəddəs idi. Atam sanki onların hər birinin xəyal gücünə bir başa yazırdı. Ona görə də heç vaxt kitablarının ssenariləşməsinə razı olmurdu. Elə mən də bu səbəbdən də bunu istəmirəm. Heç bir film ya da serial olmayacaq. Leonardo DiKaprio, ya da onun kimi başqa bir aktyor xarakteri oynasa, oxucunun ağlına ancaq həmin aktyor gələcək. Atam çox saf, təmiz adam idi. Oxucunun xəyalının korlanmasını, onların xarici müdaxilələrlə fikirlərinin qarışmasını istəmirdi. O istəyirdi ki, insanlar kitablarını qərəzsiz açsınlar. Bu il iki planım var: birincisi, Selincerin yeni nəşrləri üstündə çalışan naşirlərə kömək etmək və səs qeydlərini sahmana salmaq. Oxucuların bunu bilməsini istəyirəm ki, elan olunmuş çox şey yalandır. Çoxlu avtobioqrafiyalar dərc olunub ki, avtobioqraflar heç onunla danışmayıb. Bununla yanaşı, məlumatları olmadıqda sadəcə dedi-qodulara qoşulanlar da var. Bioqrafiyaların birində deyilir ki, hələ çap olunmağı gözləyən altı kitab daha var.  Bu, tamamilə cəfəngiyatdır. Bunları demək atama qarşı çıxmaqdır. Bununla belə, oxuculara demək istəyirəm ki, yaxında Selincerin həyatı boyunca çap olunmayan əsərləri çap olunacaq. Ancaq bu üç ildən tez olmayacaq. Belə deyim, üç ildən tez, on ildən də gec olmayacaq. Məncə, heç altı ili keçməyəcək.

Düşünürəm ki, Selincerin detektiv oxucuları yayınlanan nəşrlərdə yeni xəzinələr tapacaqlar. Bir dəfəyə çap edərikmi, bilmirəm. Bu haqda danışıqlar aparılır.

Niyə bu qədər vaxt götürür?

Əgər siz həyatınızın qırx beş ilini gündə beş, altı, yeddi, səkkiz saat çalışmaqla keçirmisinizsə, onda bu, çox vaxt götürür. Bunun necə çətin bir iş olduğunu təsəvvür edə bilməzsiniz. Əlimizdə həm əl yazıları, həm də üzü küçürülmüş vərəqlər var. Bundan başqa kənara yazılmış qeydlər də var. Bunları sahmana salmaq üçün vaxt lazımdır. Hələ ki, heç bir redaktə etməmişəm. Yazılarına müdaxilə etməmişəm. Düşünürəm ki, Selincerin detektiv oxucuları yayınlanan nəşrlərdə yeni xəzinələr tapacaqlar. Bir dəfəyə çap edərikmi, bilmirəm. Bu haqda danışıqlar aparılır. Selincer mifini eşitdikləri üçün alan insanlar da olacaq. Onlar, əlbəttə, məyus olacaq, lakin bu, problem deyil. Çünki Selincer oxucuları üçün yazdı. Yazılarını bu oxucularla bölüşməyə səbirsizlənirəm.

Burada söhbət tam olaraq nədən gedir? Romanlardan, məktublardan, yoxsa şeirlərdən?

Söhbətin nədən getməyi elə də vacib deyil.  Oxucu bilməlidir ki, bu onun yazıları olacaq. Fransızlar qısa hekayələrdən nifrət edir. Lakin mənim fikrimcə, yazıçını təqdir eləsəniz, onda onun yazdığının formasına baxmazsınız. Yazdığı hər şeyi qiymətləndirərsiz. Ona görə də mətnlərin hansı formada olduğunu sizə deməyəcəyəm. Sualınıza cavab olaraq deyə bilərəm ki, atamın dərc olunmayan yazılarının hamısını oxumuşam. Ancaq əlavə heç nə deyə bilmərəm. Çünki Selincerin sevimli oxuyucuları mətnlərin məzmununu bilsələr, mətnə qərəzli yanaşa bilərlər. Bu isə atamın əksinə getməkdir.

Atanız mətnləri barədə sizinlə heç danışıbmı?

Arabir. O yazmağı çox sevirdi. Bu onun ən sevdiyi və zövq aldığı iş idi. O Tanrının ondan istədiyini etdiyini düşünürdü. Bizim də həmçinin. Bəzən gülər, mənə bir neçə sətir oxuyardı. Ancaq mən çox vaxt söhbətdə deyildim. Əksərən yazılarını oxuyanda narahat olurdu. Bəzən həyat yoldaşına oxuyardı. Ancaq bunu nə qədər elədiyini bilmirəm. O, çox gizlin adam idi. Pul onun üçün əhəmiyyətsiz bir şey idi. Həqiqətən, atam sadə və təvazökar ömür sürdü. O, əsl sənətkar idi. Yazılarını paylaşmaqdan başqa heç nə istəmirdi.

“Çovdarlıqda uçurumdan qoruyan”ın bu qədər uğurlu olmasının səbəbini bilirdi?

O bu haqda heç vaxt danışmayıb. Məsələ ilə bağlı öz fikrim var. Ancaq bilmirəm o mənimlə razılaşardı, yoxsa yox?! On bir yaşından “Çovdarlıqda uçurumdan qoruyan”ı oxuyuram. Və böyüdükcə dəfələrlə oxumuşam. Sevimli əsərlərim “Çovdarlıqda uçurumdan qoruyan” və “Freni və Zui”ni oxuyanda sanki onun səsini eşidirdim. Bununla yanaşı, səsi həmişə mənimlədir. Mən elə düşünürdüm ki, onun oğluyam deyə bənzərsiz şeylər yaşayıram. Sonra onu oxuduğumda başa düşdüm ki, mənim çoxlu bacı-qardaşlarım var. Çünki o hər oxucu üçün fərqli şəkildə yazmışdı. Yazısını bu qədər gözəl edən məhz bu idi. Yaşa dolduqca işləri başqa cür görə bilirsən. Təzədən özünü kəşf etməklə özün haqqında yeni şeylər öyrənirsən. Necə dəyişildiyini, kim olduğunu və kim idin bunları öyrənirsən. Yeni tərcümənin olacağını qulağıma pıçıldamışdı. Anaq heç nə yoxdur.

Bu günün dünyası haqqında o nə düşünürdü?

Donald Tramp prezident seçiləndə bacıma zəng vurdum. Dedim bu klounu seçsək, kimsə təəccüblənməz ki? Və o, “Ata!”, - deyə qışqırmağa başladı. Atam skeptik adam idi. Texnologiyadan şübhələnərdi. Heç vaxt cib telefonu və kompüteri olmamışdı. Feysbuk və Quqlun insanları narahat etdiyini düşünürdü. Şəxsi məlumatlarının qorunması üçün Avropa qaydalarının qatı tərəfdarı idi. Onun üçün dünya kədərli olsa da, təəccüblü deyildi. Hadisələri qabaqcadan proqnozlaşdırmaq qabiliyyəti var idi. Bu o demək deyil ki, hər şeyi bilirdi. Sadəcə yaxşı müşahidəçi idi. Və o qədər dərindən araşdırırdı ki, heç nə onu təəccübləndirə bilmirdi.

– O Allaha inanırdımı?

– Baxır siz "Allah" deyəndə nəyi nəzərdə tutursunuz. Ümumiyyətlə, götürəndə hə. Həyatı boyunca bu haqda oxudu. Onu dinlərin mistik tərəfi maraqlandırırdı, amma bununla belə İudaizm, Xristianlıq, İslam, Konfutsiçilik – o, hər şey oxuyurdu. İllərini onların təhlilinə xərcləmişdi.

  İngiliscədən tərcümə etdi: Fəhmin Mirzə

  Mənbə:https://www.jwkash.com/

Müsahibənin YouTube linki: https://www.youtube.com/watch?v=A2iYrFGeT3s

0