“Buker” mükafatının uzun siyahısı elan edilib

Fabula.az

buker-mukafatinin-uzun-siyahisi-elan-edilib

İngilis dilinə tərcümə edilmiş dünya ədəbiyyatını namizəd göstərən “Man Booker” Beynəlxalq Ədəbiyyat mükafatı bu il “Man” qrupunun dəstəyini geri çəkməsi ilə “Booker Prize” adı altında veriləcək. 50 000 funtluq “Buker” mükafatının ilk mərhələsi sayılan uzun siyahı elan edilib. Piter Florens (Peter Florence), Liz Kolder (Liz Calder), Syalu Qo (Xiaolu Guo), Afua Hirş (Afua Hirsch) və Coanna Makqreqor (Joanna MacGregor) kimi yazıçılardan ibarət siyahıda indiyədək altı dəfə namizəd göstərilən, iki dəfə mükafat alan Marqaret Etvud (Margaret Atwood) da var. Kanadalı yazıçının “The Testaments” əsəri siyahıya daxil edilib. Bu əsər Brüs Miller (Bruce Miller) tərəfindən ekranlaşdırılan “Emmy” və “Golden Globe” mükafatlarına layiq görülən “Xidmətçinin hekayəti” (“The Handmaid’s Tale”) romanın davamı sayılır. Siyahıda əvvəllər də bu mükafat qazanan Salam Rüşdinin (Salman Rüshdie) adı keçir. Namizəd olaraq yazıçının son romanı “Quichotte” göstərilib. Siyahıya Elif Şafakın son romanı “10 Minutes 38 Seconds in This Strange World ” da daxil edilib. Sentyabrın 3-də altı namizədin adı elan ediləcək. Qalib isə 14 oktyabrda dəqiqləşəcək.  

“Booker”in uzun siyahısı:

Marqaret Etvud (Margaret Atwood) (Kanada), “The Testaments”

Kevin Barri (K.Barry) (İrlandiya), “Night Boat to Tangier”

Oykanan Breytueyt (Oyinkan Braithwaite) (Birləşmiş Krallıq /Nigeria), “My Sister, The Serial Killer”

Lüsi Ellmann (Lucy E.) (ABŞ/ Birləşmiş Krallıq), “Ducks, Newburyport”

Bernardin Evaristo (Bernardine E.) (Birləşmiş Krallıq), “Girl, Woman, Other”

Con Lançester (John Lanchester) (Birləşmiş Krallıq), “The Wall”

Debora Levi (Deborah Levy) (Birləşmiş Krallıq), “The Man Who Saw Everything”

Valeriya Luizelli (Valeria Luiselli) (Meksika/İtaliya), “Lost Children Archive”

Çiqozi Obioma (Chigozie Obioma) (Nigeria), “An Orchestra of Minorities”

Maks Porter (Max P.) (Birləşmiş Krallıq), “Lanny”

Salman Ruşdi (S.Rushdie) (Birləşmiş Krallıq /Hindistan), “Quichotte”

Elif Şafak (E.Shafak) (Birləşmiş Krallıq /Türkiyə), “10 Minutes 38 Seconds in This Strange World”

Canet Uinterson (Jeanette Winterson) (Birləşmiş Krallıq), “Frankissstein”

 

Hazırladı: Mustafa Ruşan

0