"Aqibət duyğumuz" haqqında

Fəhmin Mirzə

quot-aqibet-duygumuz-quot-haqqinda

Culian Barnsın duyduğu aqibət duyğusunu hamımız, bəlkə də, duyuruq, (bəlkə də ona görə deyirəm ki, düşünmək düşündüyümüzdən ağır prosesdir) sadəcə onunla üzləşməyə, özümüz haqqında düşünməyə çox vaxt qorxuruq. Barns bunu elə soyuqqanlı, elə şirindilli, elə qəddarca təsvir edir ki, adam oxuyarkən heyrətlənməyə bilmir. Burada əsərin bütün koloritini, şirinliyini olduğu kimi dilimizə qazandırıb çevirən Seyfəddin Hüseynliyə böyük təşəkkür düşür.

Tarix nədir? sağ qalanların yaddaşı, yoxsa qaliblərin uydurması? Yaddaş isə bizim unudulmuş saydıqlarımızdır? Yəqin, bunun cavabını mən də Toni Vebster kimi ahıllığa çatanda (çata bilsəm) öyrənəcəyəm. Ancaq ona kimi özümü dəfələrlə sorğulayacağam. Bəlkə də, elə tarix dəfələrlə sorğuladığımız təkrarlardır. Bəlkələr bir az çox oldu, bilirəm, ancaq tarix bəlkə də, yığılmış bəlkələrdə tapmaq istədiklərimizdir. Toni keçmişindən geri boylananda bunları aydınca görür, ancaq işin bir də Adrian tərəfi var, tarixi elə yerində anlamaq...

Qısa həcminə baxmayaraq, əsərin mövzusu həddən artıq çoxşaxəlidir. Əsərdə hər şey incə naxışlarla hörülüb, diqqətlə seçilib, məsələn, Toni Vebsterin adı, dünyanın ən böyük lüğətlərindən birinə Merriam Vebsterə işərədir, Vebster lüğəti elə lüğətdir ki, hər sözün ilk dəfə harada, neçənci ildə istifadə edildiyini göstərir. Beləcə, tarixə bir ironiya edilir. Ümumiyyətlə, əsər başdan-ayağa mesaslarlar, intertekstuallıqlarla doludur.

Kəsəsi, dönə-dönə oxumağa dəyən əsərdir...

 

0




daha çox