Azərbaycanlı yazıçı III Beynəlxalq Ədəbiyyat Festivalının qalibləri sırasında

Fabula.az

azerbaycanli-yazici-iii-beynelxalq-edebiyyat-festivalinin-qalibleri-sirasinda

Fabulaaz xəbər verir ki, III Beynəlxalq Ədəbiyyat Festivalı internet-müsabiqəsi beş nominasiya üzrə final mərhələsinə keçmiş qalibləri elan edib.

Məlum pandemiya dalğası ilə əlaqədar olaraq festival yeni formatda fəaliyyətini davam etdirərək onu sona yetirməyi bacarıb.

Qeyd edək ki, qaliblər arasında həmyerlimiz, yazıçı Yaşar Bünyad (Yaşar Əhmədov) da var. Yazıçı nəsr bölməsi üzrə 3-cü yerə layiq görülüb.

Fabula.az olaraq biz də yazıçımızı təbrik edir, yeni-yeni uğurlar arzu edirik!

1
  • yashar-bunyad Yaşar Bünyad
    Təbrikə və diqqətə görə təşəkkür edirəm!