Bu ilin “Qonkur” laureatı elan olunub

bu-ilin-qonkur-laureati-elan-olunub

Fransız yazıçı Erve Le Telye (Hervé Le Tellier), “L'Anomalie” (“Anomaliya”) romanına görə “Qonkur” mükafatına (Goncourt) layiq görülüb. Koronavirus pandemiyasına görə Fransanın ən böyük ədəbiyyat mükafatı internet vasitəsilə verilib.

63 yaşlı Le Telye riyaziyyatçı və keçmiş jurnalistdir. 1960-cı ildə Fransada şair Raymon Keno (Raymond Queneau) və yazıçı-alim Fransua Le Lionne (François Le Lyonne) tərəfindən qurulan “Ulipo” beynəlxalq ədəbiyyat qrupunun (Oulipo internatio) üzvüdür.

Le Telyenin Parisdən Nyu-Yorka uçan təyyarə sərnişinlərinin dual həyatı haqqında bəhs edən futuristik trilleri "L'Anomalie" münsiflərdən səkkiz səs toplayaraq ölkənin ən prestijli kitab mükafatına layiq görülüb. Finala çıxan Mael Renuarın (Maelle Renoir) “L'Historiographe du royaume” (“Lrallığın istioqrafı”) romanı isə sadəcə iki səs toplaya bilib.

0