Dünyanın ürəyindən qan axır (şeirlər)
Nailə Adilqızı

Dünyanın ürəyindən qan axır
Bu dünyanı Yaradan, yaratdı yaşayasan.
İxtiyarın yox sənin dünyanı dağıdasan.
Ancaq yenə göstərir insan vəhşi xilqətin,
Torpaq üstə qan tökür, alır şeytan sürətin.
Dünya doyub topların, bombaların səsindən,
Susdurun bu səsləri nəfəs alsın dərindən .
Sərhəd çəkib hər dövlət torpaq üstə davadı.
Bilmirlər ki, bu dünya necə fani dünyadı.
Dünya süzür səmada gözlərindən qəm yağır.
Səmada gəzəgənlər dünyaya bir çür baxır.
Deyirlər, bu nə səsdi hərdən silkələnirsən,
Bizim kimi sən niyə sevinib, gülməyirsən?
Bilmirlər ki dünyanın ürəyindən qan axır.
Hər tərəfindən, hər gün gör neçə yara alır.
Sinəsində, dözülməz şeytanlar məskən salıb.
Hər atılan bombalar dünyanı yaralayıb.
Şikayət etmir heç vaxt yaşatdığı nadandan.
Fikirləşir cavabın özü verəcək dövran.
Fırlanır qəmli qəmli, səbri böyük dünyanın,
Səbri dolunca ancaq, almaq olmaz qabağın.
Hələ susur, danışsa od tökəcək dilindən.
Gözü doymayanların, gətirəcək gözündən.
Qan qusdurub alacaq şəhidlərin ahını,
Siləcək köklərini, dünyadan yer üzündən .
29.10.2020.
Nailə Adilqızı
İgid əsgərlər
Dünya duysun bizim haqq səsimizi,
Geriyə yol yoxdu, ləngitmə bizi
Yolumuz haqq yolu, Vətən yoludu
Heç qüvvə ayırmaz bu yoldan bizi
Yaşa Vətən oğlu, igid əsgərlər
Sizinlə fəxr edir vətən sevərlər
Qovun düşmənləri torpağımızdan
Topaqdan pay olmaz bunu bilsinlər
Ucalsın göylərə bu haqq səsimiz
Haqq qalib gələcək, haydi irəli
Tanrıya əmanət hər əsgərimiz
Ruhunuz şad olsun şəhidlərimiz
Səbrimiz tükəndi gözümüz döndü
Yağı düşmənlərin çırağı söndü
İndi ölüm belə qorxutmur bizi
Şanlı qələbələr səsləyir bizi
Fərx etdim səninlə qəhrəman xalqım
Öz sözün dəyəndə Baş Komandanım
Birləşdik hamımız bir yumruq kimi
Döyüşə hazırdı hər Vətəmdaşın !
20.10.2020
Nailə Adilqızı
Yüksələn bayrağım
Yaşa odlar yurdum Azərbaycanım.
Səndən ilham alır ürəyim, canım.
Var olsun yurdumun mərd oğulları,
Sizə əmanətdir vətən torpağı.
Od püskür nəfəsin yaxsın düşməni,
Bir də düşünməsin bizim vətəni.
Son olsun düşmənə bu verdiyin dərs,
Qızıl xətlə yazdın sən səlnaməni.
Qoru vətənmi yağı düşməndən,
Sizə əmanətdir hər zaman Vətən.
Mübariz ordumun qəhrəmanları,
Yaşatmaz vətənə xor baxanları.
Qaldır bayrağımı qoy dalğalansın,
Hər tərəf rəngindən nura boyansın.
Canını vətənə fəda edənlər,
Ruhunuz sevicdən payını alsın.
Yüksələn bayrağım bir də enməsin,
Üstünə duman çən bir də gəlməsin.
Səs sal Azərbaycan hürriyyətinlə,
Dünya, şöhrətindən desin, dövlətim.
02.11.20.
Nailə Adilqızı
Azərbaycanımın qəhrəmanları
Ay mənim qəhrəman igid əsgərim,
Sənə sonsuz oldu sevgim, rəğbətim.
Canını vətənə qurban edənin,
Unutmaz adını, heç vaxt millətim.
-->