Qocalanda

Conatan Svift

qocalanda

"Qulliverin səyahətləri"nin müəllifi Conatan Svift otuz iki yaşında ikən qoca Svift üçün nəsihətlər və qaydalar ehtiva edən bir siyahı qələmə almışdı.

Conatan Svift 1745-ci ildə həyatla vidalaşdı. Ölümündən bir qədər sonra sənədlərinin içində 32 yaşında qələmə aldığı bir siyahı tapıldı. Svift bu siyahıya qocalanda edəcəyi işləri maddə-maddə yazmışdı. Həmin siyahı ilə sizi tanış edirik:

 “Qocalanda” 1699.

Cavan bir qadınla evlənməyəcəm.

Cavanlar ürəkdən istəmədikcə onlarla vaxt keçirməyəcəm

Dövrün gedişatına, düşüncə tərzinə, modasına, insanlarına, müharibəyə, və s. xor baxmayacam.

Uşaqlara çox meyil etməyəcəm. Mənimlə görüşmələrinə mane olacağam.

Eyni insanlara dəfələrlə bir hekayəni danışmayacağam.

Açgöz olmayacağam

Ədəbimi korlamayacağam. Kirlənməmək üçün şəxsi gigiyenama çox diqqət göstərəcəyəm.

Cavanları elədəyi xətalara görə çox tənbeh etməyəcəyəm. Cavanlıqdan gələn axmaqlıq və zəifliklərinə tolerant  olacağam.

Fırıldaqçı, boşboğaz xidmətçilərin və başqalarının sözlərinə qulaq asmayacağam. Onların təsirlərinə düşməyəcəyəm.

Məndən məsləhət istəyənlərdən əlavə heç kimə məsləhət verməyəcəm. Başlarını ağrıtmayacam.

Bu qaydalara əməl eləməyəndə məni xəbərdar edən dostlar tapacağam. Sonra səhvimi lazım olduğu kimi düzəldəcəyəm.

Çox danışmayacağam. Özüm haqda heç danışmayacağam.

Gəncliyimdəki cavanlığım, gücüm və xanımları özümə cəlb etmə bacarığımla heç öyünməyəcəyəm.

Yaltaqlara qulaq asmayacağam. Gənc bir qadının məni sevə biləcəyinə inanmayacağam. Mirasımı qəsb etmək istəyənlərə nifrət edəcəyəm və onlardan uzaq qalmağa çalışacağam.

 

Mənbə: Shaun Usher, Lists of Note.

 

Tərcümə: Fəhmin Mirzə

 

0