Stiven Kinqdən yazarlara məsləhətlər

Stiven Kinq

stiven-kinqden-yazarlara-meslehetler

Mütəmadi olaraq, yazarların ədəbi məsləhətlərinə yer verən "writerdigest” saytı bu dəfə Stiven Kinqin oxuculara yox, məhz yazıçılara oxumağı məsləhət gördüyü kitabları siyahılaşdırıb.

Əvvəlcədən qeyd edək ki, bu siyahı müəllifin müxtəlif dərgilərə verdiyi müsahibələrdə adını çəkdiyi kitablar və yazarlar əsasında tərtib edilib. Kinq bildirir ki, bu kitablar, bəlkə də, sizi əyləndirməz, amma sizə lazımlı, yararlı üsullar öyrədəcək. Əgər başqa janrlara meyllisinizsə, zövqünüzü oxşayacaq. Detektiv-triller yazarısnızsa, sizə çox şey öyrədəcək.

· Piter Abrahams – “Qüsursuz cinayət” (“A perfect crime”)
· Piter Abrahams – “İnqilab” (“Revolution”)
· Ceyms Eyci – “Ailədə ölüm” (“A death in the family”)
· Kirsten Bakis – “Qorxunc itlərin həyatı” (“Lives of the monster dogs”)
· Pat Barker – “Regenerasiya” (“Regeneration”)
· Pat Barker – “Ölümcül yol” (“Ghost road”)
· Riçard Baç – “Gecə mövsümü” (“In the night season”)
· Bill Brison – “Meşə gəzintisi” (“A walk in the woods”)
· Maykl Çabon – “Şair” (“The poet”)
· K.C.Konstantin – “Ailə dəyərləri” (“Family values”)

Hazırladı: Elcan Salmanqızı
/artkaspi.az/

0