Con Qrinin yeni romanı ekranlaşdırılır

Hazırlayan: Mustafa Ruşan

con-qrinin-yeni-romani-ekranlashdirilir

Gənc oxucular arasında böyük şöhtəyə malik Con Qrinin yeni romanı “Tısbağanın çanağında dünya” (“Turtles All the Way Down”) ekranlaşdırılır.

Yazıçının dilimizə də tərcümə edilən “Eyni ulduzun altında” (“The Fault in Our Stars”) adlı romanı 2014-cü ildə ekranlaşdırılmış və filmdən üç yüz milyon gəlir əldə edilmişdi. Filmin böyük uğur gətirməsi kino dünyasında yazıçıya qarşı dböyük maraq oyandırmışdı. Məşhur XX əsr foks kino kompaniyası keçən ilin oktyabır ayında roman çap olar-olmaz müəlliflə danışıqlara başlamışdı.

Con Qrin bu xəbər barədə şəxsi yutub səhifəsindən açıqlama verib. Yazıçının “Tısbağanın çanağında dünya”  adlı son romanı on altı yaşlı Aza Holmsun həyatından bəhs edir. Psixoloji problemlərlər mübarizə aparan Aza bir tərəfdən də itkin düşən bir milyarderi axtarır.

0