Yelena Ferrante "Qardien" səhifələrində

Hazırlayan: Mustafa Ruşan

yelena-ferrante-quot-qardien-quot-sehifelerinde

“Neapol romanları” silsiləsi ilə şöhrət tapan Yelena Ferrante Qardien” (The Guardian) qəzetində həfətlik köşə yazıları yazmağa razılıq verib. İtaliyalı jurnalist Klaudio Qattinin (Claudio Gatti) Yelena Ferrante təxəllüsünün arxasında kimin gizləndiyini araşdırıb tapdığını açıqlamışdı, lakin Ferrante buna nə bir münasibət bildirmiş, nə də jurnalisti təkzib etmişdi.

Yelena Ferrante haqqında çıxan bu yeni xəbər yazıçının pərəstişkarlarını da çox sevindirib. Belə ki, Yelena Ferrante bundan sonra “Qardien”in “Uikend” əlavə buraxılışında hər həftə yazı yazacaq. Yazıçı bunu sınaq qəbul etdiyini, üstəlik, cəsur və həyəcanlı bir addım olduğunu açıqlayıb.

Ferrante yazılarını italiyan dilində qələmə alacaq və onları “Neapol romanları” silsiləsini ingilis dilinə tərcümə edən Enn Qoldşteyn (Ann Goldstein) ingilis dilinə çevirəcək.

 

 

0